"Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli filminin təqdimatı
06.05.2019-cu il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində "Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib. Həmin təqdimatda M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları da iştirak ediblər.

Təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.

Açılış zamanı C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək qonaqları salamlayaraq, C.Cabbarlının həyat və yaradıcılığı, xüsusilə istiqlal dövrü, sovet dövründə yaradıcılığının gizli saxlanılan məqamları haqqında danışıb.

Yaradıcı heyət adından çıxış edən ssenari müəllifi və rejissor Babək Abbaszadə və bədii rəhbər Tahir Tahiroviç filmdə dramaturqun Azərbaycan Demokratik Respublikasının Parlamentində gördüyü işlərdən, "İstiqlal" qəzetinin redaktoru kimi fəaliyyətindən, həbsxana dövründə yazdığı şeirlərdən, həmçinin şəxsi həyatının naməlum qalmış səhifələrindən bəhs edildiyini vurğulayıblar.

Sonra film nümayiş olunub. "Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli film tamaşaçıların geniş marağına səbəb olub.
 "Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli filminin təqdimatı