26 noyabr 2018 ci il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyilə M.S.Ordubadinin xatirə muzeyində görkəmli yazıçı , dramaturq, ssenarist İmran Qasımovun 100 illik yubileyi keçirilmişdir.
26 noyabr 2018 ci il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyilə M.S.Ordubadinin xatirə muzeyində görkəmli yazıçı , dramaturq, ssenarist İmran Qasımovun 100 illik yubileyi keçirilmişdir. İmran Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub.

İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir. İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb “Onun böyük ürəyi”, “İnsan məskən salır“ və s. filmləri bu gün də sevilərək baxılır. İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq.

Tədbirə dəvət olunanlar arasında kinoşünas Aydın Kazımzadə, teatrşünas Çingiz Ələsgərli,jurnalist Flora Xəlilzadə, Əlyazmalar İnstitunun şəxsi arxivlər şöbəsinin müdüri Nailə Səmədova, Gənc Tamaşaçılar Teatrının aktyorları Xalq artisti, - Tariel Qasımov və Şəfəq Əliyeva,mügənni-Natavan Şeyxova,S. Vurğun adına Rus Dram teatrının aktrisası- Lyudmila Duxovnaya, Yazıçılar Birliyinin üzvü,Xalq yazıcısı -Çingiz Abdullayev,Xoreoqrafiya Akademiyasının müəllimi-Rimma Məmmədova, İmran Qasımov yaradıçılığı və onun Azərbaycan mədəniyyətinə verdiyi tövhələr haqqında söz açdılar
26 noyabr 2018 ci il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyilə M.S.Ordubadinin xatirə muzeyində görkəmli yazıçı , dramaturq, ssenarist İmran Qasımovun 100 illik yubileyi keçirilmişdir.