Beynəlxalq Festivalın qalibləri mükafatlandırıldı
Festivala qoşulan azərbaycanlı şagirdlər 1-2-3-cü dərəcəli diplomlara layiq görülmüşlər. Şagirdlərin yaradıcılıq imkanlarının aşkara çıxarılması baxımından böyük önəm daşıyan bu festivala azərbaycanlı şagirdlər rəsm, toxuma işləri, ədəbi nümunələrlə qoşulmuşlar. Beynəlxalq festivala Bakı ilə yanaşı, Azərbaycanın ucqar kəndlərindən, Qəbələ rayonunun Məmmədağalı, Qobustan rayonunun Cəyirli kəndindən də şagirdlərin yaradıcılıq işləri göndərilmişdi. Gələn ilin yayında təşkil olunacaq növbəti festival azərbaycanlı yazıçı-jurnalist Böyükağa Mikayıllının dünya xalqlarını bir səma altında birləşdirmək amalını daşıyan eyni adlı əsərinə uyğun olaraq "Bir səma altında" devizi ilə keçiriləcək. Çxış edənlər festivalın və tədimetmə mərasiminin təşkilatçılarına, şagrdlərinin festivalda iştirakını təmin etdiklərinə görə müəllimlər Məhsəti Cəfərovaya, Şəcahan Ramazanovaya, Elman Günəşova, Rayifə Hidayətovaya, Hicran Ağayevaya, eləcə də şagirdlərin valideynlərinə dərin minnətdarlıq bildirdilər. Tədbirdə UNESKO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Azərbaycan nümayəndəliyi təsis edildi.

Beynəlxalq Festivalın qalibləri mükafatlandırıldı
Beynəlxalq Festivalın qalibləri mükafatlandırıldı
Beynəlxalq Festivalın qalibləri mükafatlandırıldı
Beynəlxalq Festivalın qalibləri mükafatlandırıldı