“18-May Beynəlxalq Muzeylər Günü”dür

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Biz də M.S.Ordubadinin xatirə muzeyi olaraq bütün muzey əməkdaşlarını Beynəlxalq Muzeylər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.