Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar və 2018- ci il Xalq Cümhuriyyəti ili elan edildiyinə görə17 may 2018 ci il tarixində M.S.Ordubadinin xatirə muzeyi 160 saylı Klassik Gimnaziyasının müəllim və 8 ci sinif şagirdləri ilə görüş kecirmişlər. Çıxışçılar arasında muzeyin əməkdaşları, 160 saylı Klassik Gimnaziyasının əbədiyyat müəllimi Afaq Babayeva, Respublika Usaq Gənclər Mərkəzinin dərnək rəhbəri Cəmilə Babayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məktəblilərə məlumat verdilər. Sonda gonaqlar muzeyin ekspozisiyası ilə tanış oldular .

18 may 2018-ci il tarixində tədbir haqqında "Mədəniyyət " qəzetində Cümhuriyyətin 100 illiyinə həsr edilmiş tədbir adlı məqalə dərd edilmişdir.