Açıq qapı günü haqqında

18 aprel 2018-ci il tarixində M.S.Ordubadinin xatirə muzeyində "Beynəlxalq abidələr və tarixi yerlər günü" ilə əlaqədar Açıq qapı günü keçirilmişdir. Açıq qapı günündə muzeye gələn ziyarətçilər arasında Xətai rayon 264 № liseyin 4cü sinif şagirdləri var idi .Muzeyin bələdçisi Nərmin Baxşıyeva görkəmli şair, dramaturq, jurnalist, ictimai xadim M.S.Ordubadinin zəngin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.