Xocalı  tədbiri

23 fevral 2018-cı il tarixdə saat 14:00 da M.S.Ordubadinin xatirə muzeyində 1992-ci il fevral ayının 25-dən 26a keçən gecə Xocalı şəhərində baş vermiş soyqırıma həsr olunmuş ” Qanla yuyulan torpaq “ adlı tədbir keçirilmişdir. Tədbiri muzeyin direktoru Lalə Abas-zadə açaraq tədbirin məqsədi haqqında gələn qonaqlara qısa məlumat verdi və sözü muzeyin elmi işçisi İradə Vəliyevaya verdi.

Çıxışçılar arasında Mədəniyyət jurnalının baş redaktoru - Zöhrə Əliyeva, Bakı Dövlət Universitetinin müəllimi, Xocalı ensiklopediyasının müəllifi –Nazim Tapdıgoğlu, Bakı Dövlət Universitetinin müəllimi Azər Nəbiyev , jurnalist- Zərəngiz Dəmirçi, Azərbaycan radiosunun nümayəndəsi- İlahə Aslanova, Dövlət Din Tarixi muzeyinin direktoru- Münəvvər Babayeva Xocalı faciəsi haqqında öz xatirələri ilə gələn gonaqlar garşısında çıxış etdilər.

Tədbirin sonunda Suraxanı rayon Elxan Misirxanov adına 71 saylı orta məktəbin 6 cı və 8 ci sinif şagirdləri “Xocalım” adlı əbədi kompozisiya ilə çıxış etdilər.
" Mədəniyyət" qəzetinin 28 fevral 2018-ci il tarixində № 16-сı buraxlışında " Qanla yuyulan torpaq" haqqında məqalə dərc edilmişdir .
Xocalı  tədbiri
Xocalı  tədbiri
Xocalı  tədbiri
Xocalı  tədbiri
Xocalı  tədbiri[/center]