Azərbaycan rəqqasəsi, baletmeyster, xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  tədbir keçirildi.

06 dekabr 2017 ci il tarixində M.S.Ordubadinin xatirə muzeyində görkəmliAzərbaycan rəqqasəsi, baletmeyster, xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə sənətkarın ailə üzvləri, Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşları, tələbələri, həmkarları,muzey əməkdaşları, kütləvi informasiya vasitələri iştirak etdilər

Çıxışçılar arasında M.S.Ordubadinin xatirə muzeyinin direktoru,əməkdar mədəniyyət işçisi Lalə Abaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva, muzeyin baş fond mühafizəçisi həmdə Xumar xanımın tələbəsi Rasimə Əhmədova, Bakı Xoreoqrafiya Akademiyasının konsertmeysteri Şəlalə Səfiyeva,xoreoqraf –rəqqasə Aliyə Ramazanova, Xumar xanımın xalası qızı Nüşabə Bədəlizadə, nəvəsi Anar Zülfüqarov həyat və yaradıcılığından söhbət açdılar,onunla bağlı şəxsi xatirələrini söylədilər.
Sonda sənətkarın səhnə həyatını əks etdirən radio veriliş səsləndirildi.

8 dekabr 2017-ci il tarixində "Mədəniyyət " qəzetinin 96cı nömrəsində tədbirlə bağlı "Görkəmli rəqqasə yubileyinə həsr olunmuş tədbir "adlı məqalə dərc edilmişdir.