[/center]
  Xalq artisti Xumar Zülfüqarovanın 90 illiyi ilə bağlı tədbir keçirildi

Noyabrın 15-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində milli rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirdə muzeyin direktoru Lalə Abas-zadə və baş mühaviz Rasimə Əhmədova iştirak edirdilər.