“Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir
7 noyabr 2017 сi il tarixdə M.S.Ordubadinin xatirə muzeyində Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir təşkil olunmuşdur.
Tədbiri muzeyin direktoru Lalə Abas-zadə açaraq, qonaqları salamlayıb, daha sonra sözü muzeyin elmi işçisi İradə Vəliyevaya verdi. İradə Vəliyeva qonaqları salamladı və “Azərbaycan Respublikasının Dövlət bayrağı -Azərbaycan dövlətinin suverenliyi rəmzidir” adlı məruzə ilə çıxış etdi.

Digər çıxışçılar arasında Sabuncu rayon Elxan Misirxanov adına 71 saylı tam orta məktəbin tarix müəllimi Solmaz Quliyeva Bayrağın yaranması və təsdiqlənməsi haqqında söhbət açdı. Tədbirdə 71 saylı tam orta məktəbin 8,9,10 cu sinif şagirdləri ədəbi-musiqili kompozisiya ilə çıxış etdilər.

“Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir
“Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir
“Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir