“ Müstəqilliyimiz əbədi və sarsılmazdır  “ mövzusunda tədbir

18 oktyabr 2017 ci il tarixndə M.S.Ordubadinin xatirə muzeyində Milli Müstəqillik gününə həsr olunmuş “ Müstəqilliyimiz əbədi və sarsılmazdır “ mövzusunda tədbir keçirildi.Tədbirdə “ Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İB nin sədri Aygün Zamanlı , İB-nin üzvləri -Nərimanov rayon 212 saylı tam orta məktəbin şagirdləri , müəllimləri iştirak edirdilər. Tədbirdə İB sədri Aygün Zamanlı , muzeyin kiçik elmi işçisi İradə Vəliyeva , muzeyin direktoru Lalə Abas-zadə , çıxış etdilər. Məktəbllilər şerləri ilə çıxış etdilər. Sonda A. Zamanlı muzeyin direktoru L.Abas-zadəyə Vətənpərvərlik mövzusunda Azərbaycan xalqının Müstəqilliyinə həsr olunmuş tədbirlərdə fəal iştirakına görə Diplom ilə təltif etdi.