Muzeylər  və İslam həmrəyliyi çərçivəsində muzeydə  ekskursiya
2017 ci il İslam Həmrəyliyi ili elan edilməsi ilə bağlı və 18 may –Beynəlxalq muzeylər günü əlaqədar 01-28 may 2017-ci il tarixədək yeni yaradılmış Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi məktəbliləri Bakı şəhərində fəaliyyət göstərən muzeylərin kolleksiya fondu ilə tanış etmək , interaktiv ekskursiya zamanı mənəvi dəyərlərə hörmətlə yanaşmaq , mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması , müasir dövrdə müsəlman dövlətlərini mənəvihəmrəyliyə, qarşılıqlı münasibətlər qurmağa, humanizm ,sülhsevərlik,ədalət və insanpərvərlik ideyalarına tərəfdaş olmaq məqsədilə “ Muzeylər və İslam həmrəyliyi proqramı üzrə muzey ayı təşkil edir.

Proqrama əsasında 16.05.2017-ci il tarixində M.S.Ordubadinin xatirə muzeyinə Xətai rayon 260 saylı tam orta məktəbin 7ci sinif , Nizami rayon 312 saylı orta məktəbin 6 cı sinif , Nərimanov rayon 304 saylı tam orta məktəbin 5 ci sinif , Nəsimi rayon 44 saylı tam orta məktəbin şagirdlərinə ekskursiyalar təşkil edilmişdir.

Təşkil edilmiş ekskursiyalara Mərkəzin dərnək rəhbərləri Sevda Qasımova və Nurtən Beybutova rəhbərlik edirdi. Muzeyin əməkdaşları ədibin həyat və yaradıcılığı haqqında məktəb şagirdlərinə və müəllimlərə geniş məlumat verdilər.

Proqram artıq 3cü ildir ki Azərbaycan Respublklikası Mədəniyyət və Turizm Nazirliyi , YUNESKO ( UNESKO) Azərbaycan Respublikası Mill Komissiyasının , Azərbaycan Milli Elmlər Akademiyası , Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında “ Içərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə keçirilir.
Muzeylər  və İslam həmrəyliyi çərçivəsində muzeydə  ekskursiya

Muzeylər  və İslam həmrəyliyi çərçivəsində muzeydə  ekskursiya
Muzeylər  və İslam həmrəyliyi çərçivəsində muzeydə  ekskursiya