Tədbir haqqında

10 may 2017 cı il tarixində M.S.Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi ilə birgə Ümummilli Lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Heydər Əliyev –şəxsiyyət və zaman” mövzusunda tədbir keçirilmişdir.

Çıxışçılar arasında: M.S.Ordubadinin xatirə muzeyinin bələdçisi Nərmin Baxşıyeva, muzeyin elmi-işçisi İradə Vəliyeva ,Aytam” Uşaqların Mədəni- Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygun Zamanlı, Ulu Öndər H.Əliyevin mədəniyyətimizə göstərdiyi qayğı haqqında söhbət açdılar. Tədbirdə “Aytam” Uşaqların Mədəni- Maarifləndirilməsi İctimai Birliyinin dərnək üzvləri hazırladıqları ədəbi kompozisiya ilə tədbirdə çıxış etdilər.

Tədbirin sonunda valideyinlər muzeyin əməkdaşlarına öz təşəkkürlərini bildirdilər. Muzeyin ekspozisiyasında Ümummilli lider H.Əliyevin həyat və yaradıçılığını əks etdirən kitablardan ibarət güşə yaradılmışdır.