M.S.Ordubadinin vəfatının 67-ci il dönümünə həsr olunmuş tədbir

1 May 2017-ci il tarixində M.S.Ordubadinin xatirə muzeyində dahi şəxsiyyət , mənəvi mədəniyyətimizin inkişafında xüsusi mövgeyi olan M.S.Ordubadinin vəfatının 67-cı ildönümünə həsr olunmuş anım günü keçirildi. Muzeyin əməkdaşları ilk öncə ədibin Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Tədbirin rəsmi hissəsi isə ədibin xatirə muzeyində baş tutub .

Yazıçının xatirəsini yad etmək üçün M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları , Bülbülün xatirə muzeyinin əməkdaşları, yazaçının qohumları, AzərTacın müxbiri Zərəngiz Dəmirçi, M.S.Ordubadi irsinin araşdırıçısı, alim Nailə Səmədova, Firudin Qurbansoy ədibin ocağına toplaşmışdırlar. Qələn gonaglar ədibin zəngin yaradıcılığından söhbət açaraq , onun əziz xatirəsini yad etdilər.

Tədbir haqqında məlumat 5 may 2017 ci il tarixində " Mədəniyyət " qəzetinin № 34 ci buraxılışında dərc olunmuşdur.