9 noyabr Bayraq gününə həsr olunmuş “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirdi
08.11.2016-cı il tarixində M.S.Ordubadinin xatirə muzeyinin , Dövlət Din Tarix muzeyinin və Yasamal rayonu MKS-nİn əməkdaşları , Nizami rayonu 242saylı tam orta məktəbin şagird və müəllim kollektivi 9 noyabr Bayraq gününə həsr olunmuş “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirdi Tədbir məktəbin akt zalında baş tutdu.

Rəsulov Akif tədbir iştirakçılarını 9 noyabr "Dövlət Bayrağı Günü" ilə əlaqədar təbrik edərək bayrağın qüdrətindən danışdı. Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər xanım şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib tədbir iştirakçılarını bayraq bayramı münasibəti ilə təbrik etdi.

Sonra M.S.Ordubadinin ev muzeyinin elmi işçisi Vəliyeva İradə bayrağımızın tarixindən,dövlətimizin möhkəmliyindən danışdı. Sonra Yasamal rayon MKS-nin 4 nömrəli filialının müdiri Əmirova Turanə 242 nömrəli tam orta məktəbin müəllim heyətini və şagirdlərini bayram münasibətilə təbrik edib bildirdi ki, vətənimizi,bayrağımızı sevmək, qorumaq hamımızın borcudur.

 9 noyabr Bayraq gününə həsr olunmuş “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirdi
 9 noyabr Bayraq gününə həsr olunmuş “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirdi
 9 noyabr Bayraq gününə həsr olunmuş “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirdi
 9 noyabr Bayraq gününə həsr olunmuş “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirdi[/center]