“Müstəqilliyimiz xalqımızın nailiyyətidir” adlı tədbir keçirildi .

17 oktybr 2016-cı il tarixində saat 12:00-da Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 4 saylı filial, Azərbaycan Dövlət Din Tarxi Müzeyi, M.S.Ordubadinin ev muzeyi , rayonun 277 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə 18 oktyabr Dövlət Müstəqilliyinin 25 illiyi ilə əlaqədar “Müstəqilliyimiz xalqımızın nailiyyətidir” adlı tədbir keçirildi .

İlk öncə Müstəqilliyimizin 25 illiyi ilə əlaqədar Müstəqillik yolunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə MKS-nin Metodika-biblioqrafiya şöbəsinin müdiri açaraq qonaqları salamladı və öz çıxışında qeyd etdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanıb.Çox təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1991-ci il okyabrın 12-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunması ilə respublikamızın yenidən müstəqiliyini bərpa edildi.

Sonra Azərbaycan Dövlət Din Tarxi Müzeyinin direktoru M.Babayeva, M.S.Ordubadinin ev muzeyinin elmi işçisi İ.Vəliyeva , xidmət şöbəsinin müdiri Y.Babayeva, 277 saylı tam orta məktəbin şagirdləri öz çıxışlarında müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq qısa müddət olsa da, bu illər ərzində dövlətimizin möhkəmləndirilməsi və Beynəlxalq Arenada nüfuz qazanması üçün çox işlər görülmüşdür. Ümummilli lider H.Əliyevin dediyi kimi müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq çətindir. Bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmasından , H.Əliyevin Azərbaycanın ən ağır günündə xalqının dadına çatmasından, xalqına-millətinə böyük arxa-dayaq olmasından söhbət açdılar.

Tədbirin sonunda MKS-nin direktoru S.Əliyeva bir daha tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, şagirdlərimizə təhsildə, elmdə qazandıqları uğurlarla millətimizə, xalqımıza layiqli övlad, Azərbaycanın daha da qüdrətli olması üçün vətənpərvər olmasını arzuladı.

Kitabxanada həmçinin "Müstəqilliyimiz əbədidir" adlı sərgi təşkil olunmuşdur.
“Müstəqilliyimiz xalqımızın nailiyyətidir” adlı tədbir keçirildi .
“Müstəqilliyimiz xalqımızın nailiyyətidir” adlı tədbir keçirildi .