18 sentyabr Milli musiqi gününə həsr olunmuş tədbir

14 sentyabr 2016- cı il tarixində M.S.Ordubadinin xatirə muzeyində 18 sentyabr Milli musiqi gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə musiqişünas alim Nailə Rəhimbəyli , Azərbaycan Milli konservatoriyasının baş müəllimi Hicran Hacızadə , sərbəst müxbir şairə Vüsalə Abdulla BülBülün Memorial muzeyinin əməkdaşı.

İlk sözlə muzeyin direktoru Lalə Abas-zadə qonaqları salamlayaraq tədbiri açıq elan etdi daha sonra tədbiri idarə etmək üçün sözü muzeyin bələdçisi Laçın Kılıça verdi.L.Kılıç qonaqları salamladı və tədbiri dahi Üzeyir bəyin dövlət himni ilə başlatdı. L.Kılıç milli musiqi günü ilə əlaqədar hazırladığı mühazirə ilə çıxış etdi və sözü musiqişünas Nailə Rəhimbəyliyə verdi. Nailə xanım Üzeyir həyatı və yaradıcılığından bəhs etdi.

Daha sonra muzeyin digər bələdçisi N.Baxşiyeva mühazirə ilə çıxış etdi. N.Baxşiyevanın çıxışından sonra qonaqlar tək tək söz aldılar, milli musiqi günü ilə əlaqədar və ümumiyyətlə musiqi mədəniyyəti ilə bağlı tədbirlər beynəlxalq festivalların vacibliyindən danışdılar. Tədbirin sonunda muzey əməkdaşları və qonaqlar xatirə şəkilləri çəkdirdilər.

"Mədəniyyət" qəzetinin 16 sentyabr 2016-cı il tarixli buraxlışında " Milli Musiqi gününə həsr edilmiş" tədbir adlı məqalə dərc olunmuşdur.
18 sentyabr Milli musiqi gününə həsr olunmuş tədbir