Muzeydə Açıq qapı günü

27 may 2016 cı il tarixində Respublika günü ilə əlaqədar M.S.Ordubadinin xatirə muzeyində Açıq qapı günü təşkil edilmişdir . Bununla əlaqədar Bakı Slavyan Universitetinin nəzdindəki Liseyin 7 ci sinif şagirdləri üçün M.S. Ordubadinin xatirə muzeyinə ekskursiya təşkil edildi.

Muzeyin elmi işçisi İ.Vəliyeva və bələdçi N.Baxşıyeva məktəblilərə muzey və yazarın həyat və yaradıcılığı haqqında dolğun məlumat verdilər.