Azərbaycan-Gürcüstan “Dostluq körpüsü” adlı növbəti konsert təqdim olunub

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında H.Abbasov adına Mədəniyyət evi Azərbaycan-Gürcüstan “Dostluq körpüsü” başlığı altında konsert təqdim edib.

Konserti ilk olaraq Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov və Gürcüstan Folklor Musiqisinin İnkişafı Mərkəzinin rəhbəri David Qoqoşidze açaraq iki dost ölkənin mədəniyyətə, incəsənətə olan sevgi, diqqət və qayğısından danışaraq hər iki ölkənin kollektivlərini möhtəşəm alqışlarla tamaşaçılara təqdim ediblər.

Konsertdə Azərbaycan-Mərdəkan Mədəniyyət Sarayının “Lalələr” rəqs kollektivi “Vağzalı”,”Bayraq” , 4 nömrəli uşaq incəsənət məktəbinin “Leyla” rəqs kollektivi “Odlar yurdu”,”Bayram” rəqsləri ilə çıxış edib.

Gürcüstanın “Tetroni”, “Aisi”,”Karusel”, “İebi”, “Mercxali”, “Cimcima”, “21 əsr”, “Tamarisi” , “Peuxali” və digər rəqs kollektivləri və ansambllarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda iki dost ölkənin kollektivləri “Dostluq körpüsü”nün dahada möhkəmləndirilməsi məqsədi ilə təşkil edilmiş konsertdə fərqlənənlərə diplom, medal və hədiyyələr ilə təqdim ediblər.